Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı məktəblilərin son zəngində iştirak edib. Sumqayıt24 bu haqda 15 iyun tarixində Sumqayit-ih.gov.az-a istinadən xəbər verir.
Zakir Fərəcov 1 nömrəli məktəbdə keçirilən tədbirdə müəllim və şagird kollektivini, eləcə də valideynləri təbrik edib. İcra başçısı şagirdlərin “məzun köynəkləri”nə arzu və diləklərini yazıb, onlara Fəxri fərmanlar təqdim edib. Sonda isə kollektiv xatirə şəkili çəkdirib.
Xatırladaq ki, adıçəkilən təhsil ocağı ötən il sökülərək yenidən tikilib.