Sumqayıtda yük maşını aşıb. Sumqayıt24 bu haqda 8 dekabr tarixində İqtisadiyyat.az-a istinadən xəbər verir.
Hadisə "Mero yolu" adlanan ərazidə qeydə alınıb. Belə ki, 10-GC-782 dövlət qeydiyyat nömrəli "Qazel"in sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yolun kənarına aşıb və ona ciddi ziyan dəyib.
Xəsarət alan yoxdur. Qəzanın səbəbi araşdırılır.