Abşeron Olimpiya İdman Kompleksində "Fiziki sağlamlıq və mənəvi ucalıq" mövzusunda tədbir keçirilib. Sumqayıt24 bu haqda 9 dekabr tarixində xəbər verir.
Zirvə İdman Klubunda baş tutan görüşü Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsi, həmçinin Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi və Narkoloji dispanser təşkil edib.
Tədbirdə idmançılara mənəvi və fiziki sağlamlığın formalaşması, sağlam həyat tərzinin təbliği, idmançıların zərərli vərdişlərdən uzaqlaşdırılması, onların vətənpərvərlik ruhunda tərbiyələndirilməsindən söz açılıb.