Sumqayıtda qəza ölümlə nəticələnib. Sumqayıt24 bu haqda 26 dekabr tarixində Report.az-a istinadən xəbər verir.
Siyəzən rayon sakini, 34 yaşlı Vüsal Xangəldiyevin idarə etdiyi “Ford” markalı avtomobillə Sumqayıt şəhər sakini, 40 yaşlı Elşən Cəfərovun “QAZ-31” markalı nəqliyyat vasitəsi toqquşub. Avtomobillər ərazidən keçən piyadanı da vurub. O, yerində keçinib.
Araşdırma aparılır.