Sumqayıtda iki günlük körpə əməliyyat olunub. Sumqayıt24 bu haqda 4 dekabr tarixində Sumqayıt Tibb Mərkəzinə (STM) istinadən xəbər verir.
Quba Rayon Mərkəzi Xəstəxanasından yeni doğulmuş körpə Sumqayıt Perinatal Mərkəzinə təxliyə edilib. Onun qarın nahiyəsində olan 10x15 santimetrlik ölçüdə kistik törəmə tam şəkildə çıxarılıb. Törəmənin yumurtalıqdan qaynaqlandığı izlənib.
Cərrahi əməliyyat uzman cərrah Araz Hüseynovun rəhbərliyi, anestezioloq-reanimatoloq Yelmar Süleymanovun iştirakı ilə icra edilib. Uşaq iki gün sonra evə yazılıb.