Sumqayıtda qəza olub. Xəsarət alanlar var. Sumqayıt24 bu haqda 11 dekabr tarixində Report.az-a istinadən xəbər verir.
Hadisə İsmət Qayıbov küçəsində qeydə alınıb. "Mercedes" markalı avtomobil "Volkswagen" ilə toqquşub. Nəticədə 2 nəfər xəsarət alıb. Əraziyə təcili tibbi yardım briqadası və polis cəlb olunub.
Araşdırma aparılır.