Sumqayıtda ikimərtəbəli mebel mağazasında yanğın baş verib. Sumqayıt24 bu haqda Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir.
Məlumata əsasən, hər mərtəbəsi 600 kv.m olan mağazanın zirzəmisində, sahəsi 12 kv.m olan texniki otaqda quraşdırılan 10 ədəd elektrik açarı və 6 p.m kabel yanıb.
FHN əməkdaşları alovun qarşısını alıb və tikilinin qalan hissəsini yanğından mühafizə ediblər.