Əhməd Bakıxanov adına 1 nömrəli Uşaq İncəsənət məktəbi növbəti dəfə uğurla təmsil olunub. Sumqayıt24 bu haqda 28 iyun tarixində Regional Mədəniyyət İdarəsinə istinadən xəbər verir.
Belə ki, məktəbin fortepiano şöbəsinin şagirdi Aysel Eldarova "BRİTİSH GRAND FESTİVAL" adlı 2-ci Beynəlxalq vokal-instrumental müsabiqədə iştirak edib. Onlayn formatda təşkil olunan müsabiqədə o, diploma layiq görülüb.
Şagirdin uğurlu çıxışına görə müəllimi Mehbarə Nurullayeva isə təşəkkürnamə ilə təltif olunub.