Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin şagirdləri incəsənət müsabiqəsində iştirak ediblər. Bu haqda 8 iyul tarixində Sumqayıt24 xəbər verir.
“Scarlett Sails” III Beynəlxalq vokal-instrumental müsabiqəsində Fortepiano şöbəsində təhsil alan Uğur Əlizadə I dərəcəli, Fərid Faxurdinov və Adelina Faxurdinova II dərəcəli Laureat adına layiq görülüblər. Eyni şöbənin digər şagirdi Nigar Cavadzadə isə “Ты звезда” V Beynəlxalq festival-müsabiqəsində I dərəcəli Laureat adına layiq görülüb.
Şagirdləri müsabiqəyə müəllimləri Kəmalə Hüseynova, Gülbəniz Həsənova və Könül Məmmədova hazırlayıblar.