Sumqayıt şəhər Humanitar və təbiət-riyaziyyat təmayüllü "İstedad" liseyinin müəllim-şagird heyəti Şəhidlər Xiyabanını ziyarət ediblər. Bu haqda lisey öz Facebook hesabında məlumat yayıb.
Məlumata əsasən, 7 “c” sinfinin rəhbəri Süleymanova Aygün və həmin sinfin şagirdləri şəhid letenant Ruslan Məmmədovun məzarını ziyarət ediblər. Onlar məzarın üzərinə qərənfillər düzüb, şəhidin xatirəsini yad ediblər. Həmçinin məktəblilər Məmmədovun ailəsinə baş çəkiblər.
Qeyd edək ki, həmin sinif şəhidin adını daşıyır.
Liseyin müəllim heyəti şəhidlərimizin xatirəsini daim yaşatmaq, onları şagirdlərə tanıtmaq məqsədilə davamlı olaraq Xiyabanı ziyarət edirlər.