Sumqayıtda sabah havanın dəyişkən buludlu olacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Sumqayıt24 bu haqda 2 iyul tarixində xəbər verir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, iyulun 3-də gecə və səhər qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.
Temperatur gecə 20-24°, gündüz 28-33° isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunu, nisbi rütubət gecə 70-80%, gündüz isə 40-50% təşkil edəcək.