“Ford” markalı avtomobildən 4000 manat oğurlanıb. Sumqayıt24 bu haqda 7 dekabr tarixində Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Hadisə 13-cü mikrorayonda baş verib. Sumqayıt ŞPİ 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində nəqliyyat vasitəsini talamaqda şübhəli bilinən Sumqayıt sakini, 55 yaşlı Ə. Nəcəfov saxlanılıb. Araşdırma aparılır.
Qeyd edək ki, Nəcəfov əvvəllər də oğurluğa görə məhkumluq həyatı yaşayıb.