top
Kəlbəcərin azad olunmasının ildönümüdür
25 noyabr 2025, 00:01
- ↺ +

Kəlbəcərin azad olunmasının ildönümüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Kəlbəcərin işğaldan azad edilməsindən 5 il keçir.

Sumqayit24.az xəbər verir ki, Ermənistanın 2020-ci il 27 sentyabrda başladığı təcavüzə cavab olaraq Azərbaycan Ordusunun əks-hücum əməliyyatı Zəfərlə nəticələnib.

44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusu 300-dən çox yaşayış məntəqəsini, eləcə də Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad edib.

8 noyabrda Şuşanın geri alınmasından sonra Ermənistan məğlubiyyətini qəbul edərək kapitulyasiyaya imza atmağa məcbur olub.

Noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Bəyanat imzalanıb.

Həmin sənədin 6-cı bəndinə əsasən, Kəlbəcər rayonu Azərbaycana qaytarılıb. Bəyanata görə, rayon 15 noyabra qədər boşaldılmalı idi, lakin ermənilər Rusiya vasitəsilə əlavə 10 gün möhlət istəyib. Azərbaycan humanistlik göstərərək bu tələbi qəbul edib və ermənilərə əlavə vaxt verilib. 25 noyabr 2020-ci ildə Kəlbəcər rəsmən Azərbaycana təhvil verilib.

Beləliklə, Kəlbəcərin 27 illik işğalına son qoyulub.

Lakin verilən əlavə 10 gün ərzində də ermənilər rayonun müxtəlif ərazilərində dağıntılar törədib, yaşayış evlərini, tikililəri yandırıb, talayıb, ağacları məhv edərək ekoloji zərər vurublar. Bundan başqa, Kəlbəcərin yollarında və yaşayış zonalarında piyada və tank əleyhinə böyük miqdarda minalar basdırıblar. Məhz bu minalardan biri 2021-ci il 4 iyunda Susuzluq kəndi ərazisində jurnalistləri daşıyan nəqliyyat vasitəsinin partlamasına səbəb olub. Hadisədə "Azərtac"ın müxbiri Məhərrəm İbrahimov, AzTV-nin operatoru Sirac Abışov və Kəlbəcər RİH nümayəndəsinin müavini Arif Əliyev həlak olub, 4 nəfər isə yaralanıb.

Xatırladaq ki, üçtərəfli Bəyanatın 2-ci bəndinə əsasən Ağdam rayonu 20 noyabrda, 6-cı bəndinə əsasən isə Laçın rayonu 1 dekabrda Azərbaycana qaytarılıb.

Azərbaycan Ağdam, Kəlbəcər və Laçının geri alınmasına bir nəfər də itki vermədən nail olub.

Prezident İlham Əliyev 25 noyabr 2020-ci ildə xalqa müraciət edərək Kəlbəcərin işğaldan azad olunmasını böyük qürurla elan edib.

Kəlbəcərin azad edilməsinə görə Azərbaycan Respublikasında xüsusi medal təsis olunub və bu əməliyyatda igidlik göstərən hərbçilər həmin medalla təltif ediliblər.

Prezidentin Sərəncamına əsasən, 25 noyabr "Kəlbəcər şəhəri günü" kimi qeyd olunur.

Qeyd edək ki, Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmiş və 27 il ərzində rayon tamamilə dağıdılıb, tarixi-mədəni abidələr və qəbiristanlıqlar məqsədli şəkildə məhv edilib. 

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 33-cü günü - XRONİKA

İdman
Dünən, 18:30

Sumqayıtda gənc cüdoçular arasında yarış keçiriləcək

Bütün xəbərlər
Dünən, 18:00

Sarayda küçənin bir hissəsini inşaat qalıqları zəbt edib - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 17:30

Sumqayıtda sabah çiskin gözlənilir

Bütün xəbərlər
Dünən, 16:41

Riad Rəfiyev: "Zaman keçdikcə daha güclü "Sumqayıt" görəcəyik"

Bütün xəbərlər
Dünən, 15:56

Sumqayıtda kişi arvadını yeməyə görə döydü

Bütün xəbərlər
Dünən, 15:00

Bakı və Sumqayıt tələbələri üçün beynəlxalq İT proqramına qeydiyyat başlayır

Bütün xəbərlər
Dünən, 14:20

Sumqayıtda sakinlərdən zibilin daşınması ilə bağlı TƏLƏB

Bütün xəbərlər
Dünən, 14:00

Sumqayıt məktəblisi beynəlxalq olimpiadada BİRİNCİ OLDU

Bütün xəbərlər
Dünən, 13:30

Sumqayıtda naqil və velosiped oğruları saxlanıldı

Bütün xəbərlər
Dünən, 13:00

Sumqayıtda sürücülər doğum şöbəsinin yolunu zəbt edib?

Bütün xəbərlər
Dünən, 12:26

Sumqayıtda binanın zirzəmisində acınacaqlı durum

Bütün xəbərlər
Dünən, 11:38

Azərbaycanda gələn il bütün köhnə avtobuslar yenilənəcək

Bütün xəbərlər
Dünən, 10:37

SDU rəhbər vəzifələrə işçi axtarır

Bütün xəbərlər
Dünən, 10:02

Sumqayıt Apellyasiya Məhkəməsi qızına xəsarət yetirən atanın şikayətini təmin etmədi

Bütün xəbərlər
Dünən, 09:15

SDU-da əcnəbi tələbələr üçün orientasiya görüşü keçirilib

Bütün xəbərlər
Dünən, 00:05

Ermənistanın Bərdədə törətdiyi növbəti terror hadisəsindən 6 il ötür

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin 32-ci günü - XRONİKA

Bütün xəbərlər
27 oktyabr 2026, 17:40

Sumqayıtda sabah hava necə olacaq?

Bütün xəbərlər
27 oktyabr 2026, 17:10

Sumqayıtda 17 və 17A nömrəli avtobuslar nə vaxt yenilənəcək? - AÇIQLAMA

Bütün xəbərlər
27 oktyabr 2026, 16:25

Sumqayıtda təhsil işçiləri təltif olundu

Bütün xəbərlər
27 oktyabr 2026, 16:00

"Sumqayıt"ın ev oyunları hansı stadionda keçiriləcək? - RƏSMİ

İdman
27 oktyabr 2026, 15:28

Sumqayıtda cüdo üzrə çempionat keçiriləcək

İdman
27 oktyabr 2026, 14:33

"Sumqayıt" bu gün "Kür-Araz"la qarşılaşacaq

Bütün xəbərlər
27 oktyabr 2026, 13:56

Vəzifəsindən azad olunan Mirsaleh Seyidov kimdir?

Bütün xəbərlər
27 oktyabr 2026, 13:40

Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi, xidmətə yeni rəis təyin edildi - SƏRƏNCAM

Bütün xəbərlər
27 oktyabr 2026, 13:00

Sumqayıtlı Vətən müharibəsi iştirakçısı ailə həyatı qurdu

Bütün xəbərlər
27 oktyabr 2026, 12:15

Sumqayıtda pandus problemi: maşınlar hərəkətə mane olur

Oxşar xəbərlər