Sumqayıtda “Biznesə başla” mövzusunda təlim baş tutacaq. Burada kiçik və orta biznes subyektləri və potensial sahibkarlar iştirak edə bilər.
KOB İnkişaf Mərkəzi tərəfindən təşkil olunan görüş 8 aprel saat 11:00-da başlayacaq. Təlimçi qismində Nizami Məmmədli çıxış edəcək.
Ətraflı məlumat əldə etmək və qeydiyyatdan keçmək üçün (055) 209-30-75 nömrəsi ilə əlaqə saxlamaq mümkündür.