Sumqayıtda sahibkarlar üçün “Brendinq” mövzusunda təlim keçirilib. Bu haqda KOB İnkişaf Mərkəzinin Facebook hesabına istinadən xəbər veririk.
Təlimdə 8 sahibkar iştirak edib. Burada, Sumqayıt KOBİM-in eksperti tərəfindən onlara brendin formalaşdırılması və cəmiyyətə düzgün tanıdılması ilə bağlı məlumatlar verilib. Qeyd olunub ki, məhsulun və məkanın brendləşməsi uğurlu biznesin yaranmasına təsir göstərir.
Daha sonra, iştirakçılarla fikir mübadiləsi aparılıb və onların sualları cavablandırılıb.