Sumqayıtda könüllülərə “Yayım modulu” üzrə seminar keçirilib.
Seminar Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsi və Gənclər evinin birgə təşkilatçılığı ilə Fövqəladə Mobil Könüllü Dəstənin (FMKD) üzvləri tərəfindən keçirilib.
Dəstənin bir qrup üzvü iştirakçılara cəmiyyətin tarixi və yaranması haqqında ümumi məlumat verib. Daha sonra, Qızıl Aypara və Qızıl Xaç Federasiyaları və Milli cəmiyyətlər arasındakı fərq, emblemlər, prinsiplər və onların fəaliyyəti haqda danışılıb.
Sonda gənclərin sualları cavablandırılıb.