1 saylı Sumqayıt regional "ASAN Xidmət" mərkəzinin könüllülərinin təşəbbüsü ilə xeyriyyə aksiyası təşkil olunub. Bu haqda 28 dekabr tarixində Sumqayıt24 xəbər verir.
Aksiya çərçivəsində şəhərdə yaşayan aztəminatlı ailələr və tənha yaşayan ahıllar ziyarət olunublar. Onlara bayram sovqatları təqdim olunub.