Bu gün Laçının erməni işğalından azad olunmasından 3 il keçir.
10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli Bəyanata uyğun olaraq, erməni silahlı birləşmələri 1 dekabr 2020-ci ildə Laçını tərk ediblər. Beləliklə, həmin gün rayon Azərbaycan Ordusuna təhvil verilib. Laçın şəhəri, Zabux və Sus yaşayış məntəqələri isə 26 avqust 2022-ci ildə Azərbaycana qaytarılıb.
Laçın rayonu 18 may 1992-ci ildə düşmən tərəfindən işğal edilmişdi. Nəticədə 262 sakin həlak olmuşdur.