top
Liseyin təhlükəsizlik sistemi zəifdir - Övladı İdrakda oxuyan artist
06 fevral 2026, 12:40
- ↺ +

"Liseyin təhlükəsizlik sistemi zəifdir" - Övladı "İdrak"da oxuyan artist

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xəbər verdiyimiz kimi, bu gün paytaxtın Binəqədi rayonunda yerləşən "İdrak" liseyində 10-cu sinif şagirdi müəllimini güllələyib.

Sözügedən məktəbin valideyni olan Əməkdar artist Aqşin Abdullayev hadisə ilə bağlı Azxeber.com-a danışıb. Sənətçi əvvəlcə yayılan xəbərlərin şayiə olduğunu düşünüb, lakin sonradan eşitdiklərinin onu ciddi şəkildə narahat etdiyi bildirib:

"Mənim qızım həmin məktəbdə 5-ci sinifdə oxuyur. Səhər kiçik qızım məni yuxudan oyadaraq sosial şəbəkələrdə yayılan xəbərləri göstərdi. Təcili məktəbə getdim. Məktəbə daxil olanda direktorla rastlaşdım və o, mənə narahat olmağa əsas olmadığını, yayılan xəbərlərin şayiə olduğunu dedi. Daha sonra mühafizəçi ilə danışdım, o da hadisəni təkzib etdi. Ardınca bir müəllimlə söhbət etdim və hadisənin təfərrüatlarını öyrəndim. Müəllim təsdiqlədi ki, şagird tənəffüs zamanı özü ilə gətirdiyi silahla müəlliminə atəş açıb. Xoşbəxtlikdən övladım bu hadisənin şahidi olmayıb".

Əməkdar artist qeyd edib ki, uşaqlarda bu kimi psixoloji halların yaranmasında internet oyunlarının da rolu ola bilər:

"Mən başa düşə bilmirəm ki, uşaqlarda bu psixologiya haradan yaranır? Onlar buna necə cürət edirlər? Ola bilsin ki, oynadıqları oyunların təsiri var. Bu cür hadisələr artıq bütün dünyada baş verirsə, demək ki, təhlükəli bir mərhələyə çatmışıq. Düşünmürəm ki, şagird bunu müəlliminə qarşı şəxsi ədavətə görə edib".

Sənətçi hadisədə adı hallanan məktəbin təhlükəsizlik sistemi ilə bağlı da fikirlərini bölüşüb:

"Mən belə qənaətə gəlmişəm ki, məktəbin təhlükəsizlik sistemi zəifdir. Orada mühafizə var, amma biz uşağı qapıdan məktəbə ötürürük və yenə qapıdan götürürük. Valideynlərin içəri daxil olmasına icazə verilmir. Deməli, sadəcə mühafizə kifayət deyil, daha ciddi turniket və yoxlama sistemləri qurulmalıdır. Heç bir uşaq çantasında silahla rahat şəkildə məktəbə daxil olmamalıdır. Əgər daxil ola bilibsə, demək ki, təhlükəsizlik zəifdir".

 

Əməkdar artist məktəblə bağlı yekun qərarını hələ vermədiyini də bildirib:

"Övladımın bu məktəbdə təhsilini davam etdirib-etdirməyəcəyimə hələ qərar verməmişəm. Problem ondadır ki, demək olar, heç bir məktəbdə yüksək səviyyəli təhlükəsizlik tədbirləri yoxdur. Başqa harada oxudaq? Yekunda lisey rəhbərliyinin valideynlərə hansı açıqlama verəcəyini gözləyəcəyik".

 

Qeyd edək ki, güllə atan şagirdin atası Samir Şirinov əvvələr Sumqayıt Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Birliyində rəis müavini vəzifəsində işləyib, hazırda işsizdir.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 17:10

Sumqayıtda 17 və 17A nömrəli avtobuslar nə vaxt yenilənəcək? - AÇIQLAMA

Bütün xəbərlər
Bu gün, 16:25

Sumqayıtda təhsil işçiləri təltif olundu

Bütün xəbərlər
Bu gün, 16:00

"Sumqayıt"ın ev oyunları hansı stadionda keçiriləcək? - RƏSMİ

İdman
Bu gün, 15:28

Sumqayıtda cüdo üzrə çempionat keçiriləcək

İdman
Bu gün, 14:33

"Sumqayıt" bu gün "Kür-Araz"la qarşılaşacaq

Bütün xəbərlər
Bu gün, 13:56

Vəzifəsindən azad olunan Mirsaleh Seyidov kimdir?

Bütün xəbərlər
Bu gün, 13:40

Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi - SƏRƏNCAM

Bütün xəbərlər
Bu gün, 13:00

Sumqayıtlı Vətən müharibəsi iştirakçısı ailə həyatı qurdu

Bütün xəbərlər
Bu gün, 12:15

Sumqayıtda pandus problemi: maşınlar hərəkətə mane olur

Bütün xəbərlər
Bu gün, 11:10

"Bolt"un sürücünə qarşı cinayət törədən cəzadan narazıdır

Bütün xəbərlər
Bu gün, 10:41

Novxanı sakinlərinin həyətlərini qrunt suları basdı

Bütün xəbərlər
Bu gün, 09:45

Sumqayıt məhkəməsində anasının üzərinə benzin töküb yandırana cəza verildi

Bütün xəbərlər
Bu gün, 09:08

Əməkdar artist Dilarə Əliyevanın doğum günüdür

Bütün xəbərlər
Bu gün, 00:05

Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 31-ci günü - XRONİKA

İdman
Dünən, 18:00

Sumqayıtın veteran cüdoçusu qələbə sevincini bölüşdü

Bütün xəbərlər
Dünən, 17:40

"Stansiya Sumqayıt"da su xəttindəki qəza ilə bağlı AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 17:30

Sumqayıtda yeni açılan marketdə həm qiymət, həm də xidmətdən narazılıq - İDDİA

İdman
Dünən, 17:00

"Sumqayıt"ın sabiq baş məşqçisi "Partizan"dan istefaya göndərildi

Bütün xəbərlər
Dünən, 16:31

Sumqayıtda qoyunları daşıyan yük maşını aşdı

Bütün xəbərlər
Dünən, 16:09

Sarayın bu küçəsində işıqlandırılma problemi həll edildi

Bütün xəbərlər
Dünən, 15:18

Sumqayıtda maşın qəfil yandı

Bütün xəbərlər
Dünən, 14:40

Sumqayıtda ürəkbulandıran mənzərə - şəhərin "sağalmaz yarası"

Bütün xəbərlər
Dünən, 14:00

Sumqayıtda yaşayan şəhid anasının 21 illik mənzil gözləntisi

Oxşar xəbərlər