Sumqayıt şəhər 29 nömrəli məktəbin müəllimi Xəyalə Quliyeva və 26 nömrəli məktəbin müəllimi Könül Qafarovanın təşkilatçılığı ilə onlayn görüş baş tutub. Bu haqda şəhər Təhsil Şöbəsi məlumat yayıb.
Görüşə ölkəmizin əməkdar artistləri Ələkbər Əliyev və Namis Şirməmmədov da qatılıblar. Artistlər, onlayn tədbirdə iştirak edən Sumqayıt, Bakı, Quba, Şəki və Türkiyənin Mersin şəhərindən olan şagirdlərlə bu sahə ilə bağlı təcrübələrini bölüşüblər.
Burada olan 100-dən çox şagird qonaqlara çoxsaylı suallar ünvanlayıb, onlardan dəyərli məsləhətlər alıb.