Mərkəzi Uşaq Kitabxanasında alim, mütəfəkkir Xacə Nəsirəddinin konfransı keçirilib. Bu haqda Mədəniyyət Xəbərləri məlumat yayıb.
Konfrans "Elm xadimlərimizi tanıdaq” layihəsi çərçivəsində baş tutub. Tədbirdə N.Tusinin “Əxlaqi-nasir” əsərində uşaq tərbiyəsinə verilən dəyərlərin təsviri, “Elm qarşısında N.Tusinin xidmətləri” mövzularında məruzələrlə çıxışlar edilib.
Konfransda Marağa rəsədxanası və alimin elmə gətirdiyi yeniliklərdən ibarət videoçarx nümayiş etdirilib.