Sumqayıtda “Yaradıcı müzakirələr” (“Creative Talks”) tədbiri keçiriləcək. Sumqayıt24 bu haqda 22 noyabr tarixində xəbər verir.
Layihə Mədəniyyət Nazirliyi tərəfindən təşkil ediləcək. Tədbirlər seminar, ustad dərsləri, tanınmış şəxslərlə görüşlər və təlimlərdən ibarət olacaq.
Sözügedən layihə 29-30 noyabr tarixlərində Heydər Əliyev Mərkəzində baş tutacaq.
Qeydiyyat üçün talks.creative.az səhifəsinə keçid edilməlidir.