Sumqayıtda məişət və taxta tullantılarının yerləşdiyi ərazidə yanğın başlayıb. Bu haqda 28 dekabr tarixində Sumqayıt24 Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir.
Yanğın Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun şəhər ərazisindən keçən hissəsində qeydə alınıb.
Hadisə yerinə yanğınsöndürənlər cəlb olunublar. Havanın güclü küləkli olması yanğınla mübarizə tədbirlərini çətinləşdirir. Əməliyyat davam etdirilir.