Sumqayıt şəhər 9 nömrəli məktəbində “Məktəblərə kitab ianəsi” layihəsi çərçivəsində görüş baş tutub. Bu haqda 17 noyabr tarixində Sumqayıt24 Abşeron-Xızı Regional Təhsil İdarəsinə istinadən məlumat verir.
Təhsilin İnkişafı Fondu ilə “Inci Group of Companies” şirkətinin birgə həyata keçirdiyi layihə çərçivəsində Abşeron-Xızı Regional Təhsil İdarəsinə 800 kitab təhvil verilib. Görüşdə Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva qonaqları salamlayaraq layihənin təşəbbüskarlarına kitablar üçün təşəkkürünü bildirib.
Yığıncaq müəllim və şagirdlərin iştirak etdikləri müzakirələrlə davam edib.