Sumqayıt şəhər 5 nömrəli məktəbində "İlk Yardım Həyat Xilas Edir" adlı maarifləndirici təlim baş tutub. Bu haqda 24 noyabr tarixində Sumqayıt24 xəbər verir.
Təlim Qızıl Aypara Cəmiyyətinin əməkdaşları tərəfindən keçirilib. Qonaqlar məktəblilərə fövqəladə hallar zamanı zərərçəkənlərə ilk yardımın göstərilməsi qaydalarını izah ediblər. Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.