Sumqayıtda “Məktəblilərin qida bələdçiləri” pilot layihəsi çərçivəsində tədbir keçirilib. Sumqayıt24 bu barədə Afsa.gov.az-a istinadən xəbər verir.
Sözügedən layihə öz növbəsində AQTA, UNICEF və Təhsil Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində reallaşır. AQTA-nın təşəbbüsü ilə növbəti tədbir ümumtəhsil müəssisələrində təşkil olunub.
Burada, sözügedən layihəni uğurla başa vuraraq qida bələdçiləri təyin olunan mütəxəssislər, məktəblilərə Beynəlxalq Bitki Sağlamlığı Gününün mahiyyəti, bitki sağlamlığı və mühafizəsinin kainat üçün əhəmiyyəti haqda danışıblar. Həmçinin, onlara bitki mühitinin qorunması ilə bağlı BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) təlimatları izah olunub.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.