Qarabağ Universitetinə tələbə qəbulu ilə bağlı maarifləndirici görüş keçirilib. Bu haqda 4 iyul tarixində Sumqayıt24 Abşeron–Xızı Regional Təhsil İdarəsinə istinadən məlumat verir.
Tədbir Sumqayıt şəhər 9 nömrəli məktəbində baş tutub. Görüşdə Abşeron–Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil məktəblərinin ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə əldə etmiş məzunları və valideynlər iştirak ediblər.
İştirakçılara universitetinin üstünlükləri, tədris prosesi, ixtisasları, xüsusi təqaüd proqramları, yataqxanası və s. barədə ətraflı məlumat verilib.
Tədbirin sonunda şagird və valideynləri maraqlandıran suallar cavablandırılıb.