Sumqayıt Dövlət Universitetində (SDU) Mediasiya Şurasının görüşü keçirilib. Sumqayıt24 bu haqda 9 dekabr tarixində xəbər verir.
Sumqayıt 1 saylı mediasiya təşkilatının rəhbəri Etibar Həsənov, mediatorlar Elçin Hüseynov, Qabil Əsgərov və Vüsalə Nəcəfova müəllim və tələbə heyətinin önündə çıxışlar ediblər. Onlarla günümüzdə mediasiyanın rolu və əhəmiyyəti, müxtəlif kazuslar müzakirə edilib, sualları cavablandırılıb.
Sonda iştirakçılara şuranın nəşr etdiyi maarifləndirici materiallar paylanılıb.