Sumqayıtdakı “Dostluq” mədəniyyət evində Milli Dirçəliş Gününə həsr olunmuş dəyirmi masa təşkil edilib. Bu haqda 17 noyabr tarixində Sumqayıt24 məlumat verir.
Sumqayıt Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının dəstəyi ilə həyata keçirilən tədbirdə ilk olaraq Dövlət Himni səsləndirilib. Mədəniyyət evinin metodisti Cahangir Məhərrəmov çıxışında tarixi günün mahiyyətindən danışıb.
Toplantı diskussiya şəklində davam edib və sonda xatirə şəkli çəkdirilib.