Milli Məclisin deputatı Emin Hacıyev vətəndaşlar ilə görüş keçirib. Bu haqda millət vəkili öz Facebook hesabında məlumat yayıb.
Deputat vətəndaşları fərdi qaydada qəbul edib, müraciət və təkliflərini dinləyib, problemləri ilə maraqlanıb. Səsləndirilən müraciətlər əsasən işlə təminat və sosial məsələlərlə bağlı idi. Müraciətlərin bir hissəsi yerindəcə həll olunub, digər müraciətlər isə həll edilməsi üçün aidiyyəti qurumlara yönləndirilib.