Sumqayıtda "Nissan" markalı və "VAZ 2106" markalı avtomobillər toqquşub. Xəsarət alan var. Sumqayıt24 bu haqda bu gün, 23 mart tarixində Xeberle.com-a istinadən xəbər verir.
Qəza Nəriman Nərimanov küçəsində baş verib. Nəticədə “VAZ 2106”-nın sürücüsü 43 yaşlı Mahir İslamov xəstəxanaya çatdırılıb. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır. [modula id="11988"]