Sumqayıtlı məktəblilər “Ən yaxşı təqdimat” müsabiqəsində iştirak edirlər. Sumqayıt24 bu haqda bu gün, 28 mart tarixində Şəhər Təhsil Şöbəsinə istinadən xəbər verir.
Məlumata əsasən, müsabiqə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar təşkil edilib. Yarışmanın şəhər mərhələsi ilə bağlı təqdim edilən videoçarxlar qiymətləndirilib. Nəticədə 2 videotəqdimat növbəti mərhələdə iştirak hüququ qazanacaq.