Sumqayıtda “KOB Fest” sərgi-satış yarmarkasına hazırlıq gedir. Sumqayıt24 bu haqda 9 iyun tarixində xəbər verir.
Hazırda bu istiqamətdə işlər Nəsimi parkında (Nəsimi heykəlinin yaxınlığında) aparılır. Artıq əraziyə yük maşını ilə müxtəlif materiallar gətirilib. Həmin materiallar yarmarkada olacaq pavilyonların tikintisində istifadə olunacaq.
Xatırladaq ki, burada KOB subyektləri tərəfindən istehsal edilən qida və qeyri-qida məhsulları, eləcə də yaradıcı şəxslərin əl işləri nümayiş olunacaq və satışı həyata keçiriləcək.