Müğənni Niyam Salami Sumqayıtda biznesə başlayıb. Sumqayıt24 bu haqda 23 noyabr tarixində xəbər verir.
O, qonaq olduğu "Xəzər axşamı" verilişində bildirib ki, yaxın günlərdə şəhərimizdə pəhriz şirniyyatları mağazası açacaq. Mağaza "Cənnət şokolad evi" adlanacaq. Orada şokolad və şəkərsiz, pəhriz piroqları satılacaq.
Onun sözlərinə görə, qiymətlər əlçatan olacaq:
Qiymət elə olacaq ki, onları pensiyaçı nənələrimiz, babalarımız da ala biləcəklər. Bu, o demək deyil ki, əgər Niyam Salami şokolad evi açırsa, bu mütləq bahalı olacaq. Xeyr! Mən bunu millətim üçün edirəm. Şokoladı özüm hazırlamayacağam. Onlar mənim xüsusi reseptim ilə qənnadçılar tərəfindən hazırlanacaq".