Novxanı - Sumqayıt yolunda üç avtomobilin iştirakı ilə qəza baş verib. Sumqayıt24 bu haqda bu gün, 7 aprel tarixində Oxu.az-a istinadən xəbər verir.
Hadisə Novxanı qəsəbəsində qeydə alınıb. Hərəkətdə olan yük maşını arxadan “Toyota” markalı avtomobilə çırpılıb, daha sonra isə yolun əks istiqamətinə çıxaraq “Volkswagen” markalı minik avtomobili ilə toqquşub. Nəqliyyat vasitələrinə ciddi ziyan dəyib. Ölən və xəsarət alan yoxdur.
Faktla bağlı araşdırma aparılır.