Novxanıda yanğın baş verib. Sumqayıt24 bu haqda 27 noyabr tarixində Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Hadisə bu gün səhər saatlarında qeydə alınıb. Ümumi sahəsi 30 kv.m olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları, 2 p.m giriş-çıxış kabeli və yaxınlıqda yığılan 1 kubmetr odun yanıb.
FHN-in bölmələri tərəfindən alov söndürülüb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.