Novxanı qəsəbəsində yeniyetmələr köşkdən oğurluq edib. Sumqayıt24-ə bu haqda zərəçəkmiş 2 iyun tarixində xəbər verib.
Hadisə srağagün gecə saatlarında qeydə alınıb və anbaan müşahidə kameralarında əks olunub. İki nəfər, Vətən müharibəsi əlili olan gizir Cahangir Dadaşova məxsus “Fatehlər” köşkünə girərək 700 manat məbləğində oğurluq edib.
Bu barədə hüquq-mühafizə orqanlarına məlumat verilib. Faktla bağlı araşdırma aparılır.