Novxanı kəndində “Sərhədçi” Atçılıq Mərkəzinin yeni qərargah binasının açılış mərasimi keçirilib. Bu haqda 11 dekabr tarixində Sumqayıt24 Azərtac-a istinadən məlumat verir.
Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant Cavid Abdullayev hərbi hissədə qərargah binasının açılışı münasibətilə şəxsi heyəti təbrik edib. Sonda tədbir iştirakçılarına hərbi hissənin tarixini əks etdirən fotoguşə nümayiş etdirilib.
Burada qapalı manejdə süvarilərin atlarla xüsusi fəndlərdən istifadə etmələrinə dair konkur, açıq manejdə isə çövkən yarışları təşkil olunub.