Sumqayıt şəhərində Filarmoniyanın yaradılması, simfonik və ya kamera orkestrinin təşkil edilməsi təklif olunub. Bu haqda bu gün, 18 fevral tarixində Sumqayıt24 Regional Mədəniyyət İdarəsinin rəsmi Facebook səhifəsinə istinadən xəbər verir.
Məlumata əsasən, bu təşəbbüs ilə Əməkdar mədəniyyət işçisi Vaqif Süleymanov İctimai Şuranın keçirdiyi görüşdə çıxış edib. O, ölkəmizin üçüncü böyük şəhəri olan Sumqayıtda bunun üçün yetərincə peşəkar musiqiçilərin olduğunu qeyd edib.
Bundan əlavə ziyalılar və mədəniyyət işçiləri Sumqayıt Tarixi Muzeyinin və Rəsm Qalereyasının fondlarının zənginləşdirilməsi, interaktiv ekspozisiyaların yaradılması, kitabxanalarda müasir tələblərə uyğun olaraq yeni texnologiyaların tətbiqi və digər məsələlərə diqqəti cəlb ediblər.