Ölkə ərazisində mayın 1-dən etibarən tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbi ləğv edilir. Bu haqda bu gün, 22 aprel tarixində Sumqayıt24 xəbər verir.
Məlumata əsasən, gələn ayın 1-dən qapalı məkanlarda tibbi maska, parça maska, respirator və s. istifadəsi tələbi ləğv edilir.
Bundan əlavə, respublika ərazisində xüsusi karantin rejiminin müddəti 2022-ci il 1 iyul saat 06:00-dək uzadılıb.
Beynəlxalq hava limanı ərazisində və təhsil müəssisələrində tibbi maskalardan istifadə tövsiyə edilir.