“Azertexnolayn” MMC barəsində inzibati iş başlanıb. Sumqayıt24 bu haqda fevralın 8-də Valyuta.az-a istinadən xəbər verir.
Ölkənin ən nəhəng boru şirkəti İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması) maddəsi ilə ittiham edilir.
İşə Nəsimi Rayon Məhkəməsində hakim Elməddin Hüseynov baxacaq.
430.4-cü maddəyə görə, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 10-20%-inədək, hüquqi şəxslər isə 20-30%-dək məbləğdə cərimə edilir.
Qeyd edək ki, “Azertexnolayn” şirkəti Sumqayıt Kimya Sənaye Parkının ilk rezidentidir.