Sumqayıtda sakinləri narahat edən yarımtikili sökülüb. Sumqayıt24-ə bu haqda bu gün, 28 mart tarixində məlumat daxil olub.
Xəbər verdiyimiz kimi, həmin yarımtikili “Nəsimi” parkında, Şəhidlər xiyabanı və Göyərçin abidəsi arasındakı meşəlik ərazidə yerləşirdi. Sakinlərin sözlərinə görə, buraya narkomanlar yığışırdı.
Artıq sözügedən tikili sökülüb.