Sumqayıt Uşaq xəstəxanasında seminar keçirilib. Bu haqda 19 fevral tarixində Sumqayıt24 Sumqayıt Tibb Mərkəzinə (STM) istinadən məlumat verir.
Tədbir Kliniki Laborator Diaqnostika Sertifikatlı Təlim Proqramı çərçivəsində təşkil olunub. Uşaq xəstəxanasının və ailə sağlamlıq mərkəzlərinin pediatrlarının qatıldığı seminarda mikrobiologiya uzmanı Aynur İsmayıl "Hemokulturaya göstərişlər, nümunə alınması və daşınması zamanı diqqət ediləcəklər, nəticələrin qiymətləndirilməsi” mövzusunda təqdimatla çıxış edib.
A. İsmayıl mövcud protokolları, laborator analizlərdəki yenilikləri iştirakçılarının diqqətinə çatdırıb. Təlimə müzakirələrlə yekun vurulub.