Sumqayıt Tibb Mərkəzində (STM) maarifləndirici seminar keçirilib. Sumqayıt24 bu haqda 23 noyabr tarixində xəbər verir.
Təlimdə Respublika Perinatal Mərkəzinin həkim-genetiki Həmidə Abbasova çıxış edib. Məqsəd Respublikamızda tibbi-genetik məsləhət (TGM) kabinetlərinin məhdud sayda olduğunu, qohum nikahlarının sayının və buna bağlı neonatal, eləcə də daha yuxarı yaş qruplarında ölüm hallarının çoxluğunu, eyni zamanda sadalanan problemlərlə bağlı istər əhali, istərsə də tibbi heyət arasında tibbi-genetik biliklərin daha genişləndirilməsidir.
Seminara STM-in direktoru Səkinə Sadıxova və hamilə qadınlara antenatal xidmət göstərən müəssisələrin rəhbərləri qatılıblar.
Sonda mövzu ətrafında müzakirələr aparılıb.