Sumqayıt şəhərində ictimai asayişi pozan şəxs həbs edilib. Sumqayıt24 bu haqda bu gün, 20 may tarixində BakuTV-yə istinadən xəbər verir.
Məlumata əsasən, hadisə 18 may tarixində “Peşə festivalı” zamanı baş verib. 25 yaşlı S. Vəliyev uca səslə qışqırıb, ünvansız söyüşlər söyüb. Bundan əlavə o, DJ-dən dediyi mahnını qoymasını tələb edib. Polis əməkdaşları onu polis bölməsinə aparıblar. Vəliyev sərxoş vəziyyətdə idi.
Şəhər Məhkəməsinin qərarı ilə ona 8 sutka həbs cəzası verilib.