Xidmət Sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin istehsalat təcrübəsi davam edir. Sumqayıt24 bu haqda 30 noyabr tarixində xəbər verir.
Dərzi ixtisası üzrə oxuyan III kurs tələbələri istehsalat təcrübəsi dərslərini qarşılıqlı Anlaşma Memorandumuna əsasən, “ALYANS TEKSTİL” tikiş fabrikinin bazasında keçirlər.
Qeyd edək ki, fabrik modellərin hazırlanmasında ən müasir texnologiyadan istifadə edir. Məhsullar yalnız beynəlxalq standartlara tam cavab verən yapon və alman avadanlıqları ilə istehsal edilir.