Sumqayıtda peşəyönümü işinin davamı olaraq daha bir görüş keçirilib. Sumqayıt24 bu haqda Xidmət Sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinə istinadən xəbər verir.
Bu dəfəki görüş 1 saylı məktəbdə buraxılış sinif şagirdləri, müəllim və valideyn heyəti ilə olub. İştirakçılara peşə təhsilinin əhəmiyyəti haqqında ətraflı məlumat verilib, mərkəzin fəaliyyəti, tədris olunan ixtisaslar, mövcud imkanlar və qəbul qaydaları haqqında videotəqdimat nümayiş olunub, elan və bukletlər paylanılıb.
Sonda müəllimləri və şagirdləri maraqlandıran suallara cavab verilib.