Sumqayıtda silah-sursat tapılıb. Sumqayıt24 bu haqda 18 noyabr tarixində Report.az-a istinadən xəbər verir.
Hadisə “Yaşma bağları” adlanan yaşayış massivində yerləşən "Dalğa" bağçılıq ərazisində baş verib. Polis əməkdaşları tərəfindən istifadəyə yararlı "Kalaşnikov" markalı avtomat, 2 ədəd sandıq və 57 ədəd güllə aşkar edilib.