Sumqayıt şəhər 4-cü Polis bölməsinin kapitanı İqbal Həsənov məktəblilərlə görüş keçirib. Bu haqda 24 noyabr tarixində Sumqayıt24 xəbər verir.
"Uşaq hüquqları və uşaq zorakılığı" mövzusunda təşkil olunan tədbir 5 nömrəli məktəbdə baş tutub. Polis kapitanı şagirdlərə məişət zorakılığı və onun qarşısının alınması, eləcə də uşaq hüquqlarının müdafiəsi, həmçinin digər mövzularda məlumatlar verib. Sonda məktəblilərin sualları cavablandırılıb.