H.Z. Tağıyev qəsəbəsində yerləşən “Azərsun Sənaye Parkı”nın ərazisində baş vermiş yanğının söndürülməsində iştirak edən şəxslər təltif olunub. Sumqayıt24 bu haqda bu gün, 5 may tarixində President.az-a istinadən xəbər verir.
Belə ki, İlham Əliyevin imzaladığı sərəncama əsasən, vəzifə borcunu yerinə yetirərkən xüsusi fərqlənmiş və fədakarlıq göstərmiş 19 nəfər “İgidliyə görə”, 4 nəfər “Hərbi xidmətlərə görə”, 20 nəfər isə 3-cü dərəcəli “Fövqəladə hallar orqanlarında xidmətdə fərqlənməyə görə” medallarına layiq görülüblər.
Təltif olunanlar Fövqəladə Hallar və Daxili İşlər Nazirliyinin əməkdaşlarıdır.